Böyük Britaniyanın Baş naziri Boris Conson “gizli plan” hazırlayıb və Ukrayna Prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət edib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Corriere Della Sera” qəzeti mənbələrə istinadən yazır.
Qəzetin yazdığı kimi, London Brüsseldən qorxan və “ruslarla maksimum barışmazlığa” hazır olan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini - Avropa İttifaqına alternativ yaratmağı təklif edir.
Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, buraya təkcə Avropa ölkələri - Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, eyni zamanda Türkiyə də daxil olacaq.
Yazıda qeyd edildiyinə görə, Conson “bir aydan çoxdur ki, bu toru toxuyur” – o, bu təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə görüşləri zamanı Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.
“London rəsmisinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur”, – deyə məqalədə bildirilir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































