Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə şərti olaraq ona verilmiş adaların statusunu pozması beynəlxalq hüquqa ziddir.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Yunanıstan 1960-cı ildən bəri Egey adalarını silahlandırır və bu addımlar dayandırılmadığı halda, Türkiyə adaların suverenliyinə dair iddia irəli sürəcək.
“Biz çox ciddiyik. Adalar onlara şərti olaraq verilib. Yunanıstan buna əməl etməzsə, bu məsələni daha da irəli aparacağıq. “Türkiyə ekspansionist siyasət aparır, gözü bizim torpaqlardadır” kimi boş sözlərlə məsələdən yayınmaq olmaz. Bu, razılaşmanın açıq şəkildə pozulmasıdır. Yunanıstanın atdığı addımlar Türkiyə üçün təhlükə yaratmaq məqsədi daşıyır. “Nə qədər silahlandırsalar da, heç bir əhəmiyyəti yoxdur” deyə bilmərik”, - nazir bildirib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































