Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək
Mediainfo.az xəbər verir ki, bu barədə Caliber.az saytının yaydığı məlumatda qeyd olunur.
Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.
Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.
“Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib”, - mənbə yazır.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































