Vətən müharibəsində işğala son qoyulduqdan sonra “Google maps” Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib.
Mediainfo.az xəbər verir ki, işğal dövründə Qarabağdakı əraziləri, şəhər və qəsəbə adlarını erməni dilində təqdim edən “Google maps”da artıq ermənilərin qoyduğu qondarma adlar silinib.
Ermənilərə ən çox təsir edən isə işğal dövründə “Stepanakert” olaraq təqdim edilən Xankəndinin gerçək adının bərpa olunmasıdır. Hətta Xankəndidəki yer adları, küçələr, o cümlədən separatçı-terrorçu rejimin müvəqqəti qalmış qondarma “inzibati binaları” belə Azərbaycan dilində qeyd olunur: restoranlar, parklar, mağazalar, “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, qondarma “parlament”, “xarici işlər nazirliyi”, “poçt”, “dövlət universiteti” və s;
İşğal dövründə bu adlar erməni, ingilis, yaxud rus dilində idi. İndi isə yalnız Azərbaycan dilində qeyd olunur, erməni dilində variantı belə yoxdur. Qazet.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































