ABŞ Rusiyanın Ukrayna ordusuna qarşı gizli planı haqda xəbərdarlıq etdi..

ABŞ Rusiyanın Ukrayna ordusuna qarşı gizli planı haqda xəbərdarlıq etdi..

Rusiya Federasiyasının silahlı qüvvələri yaxın vaxtlarda Xarkovdan şimalda öz qruplaşmasını gücləndirə bilər. Onlar Ukrayna əks-hücumunun Rusiya ilə sərhədə qədər irəliləməsinin qarşısını almaq üçün belə addımlar atmağı planlaşdırırlar.

Mediainfo.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu ("ISW") məlumat yayıb.

Qurumun araşdırmasında deyilir ki, Rusiya qoşunları yaxın vaxtlarda 1-ci tank ordusunun hissələrini Xarkovun şimalına köçürə bilər.

"ISW"-nin məlumatına görə, mayın 23-də Rusiya qoşunları Xarkovdan şimalda mövqelər saxlamaq üçün səylərini cəmləyib. Ukrayna Müdafiə Nazirliyi qeyd edib ki, Ukraynanın gələcək irəliləyişlərinin qarşısını almaq üçün ərazidə Rusiyanın 6-cı və 41-ci ümumqoşun ordularının, Baltik Donanmasının və (ilk dəfə) 1-ci və 2-ci Ordu Korpusunun göstərilməmiş bölmələri fəaliyyət göstərir.

1-ci və 2-ci ordu korpusları qondarma "LDXR"-nin "silahlı qüvvələri"dir. Ukraynanın şərqində cəbhədən hücumlar həyata keçirən qoşunların əvvəlki mövqelərindən işğal olunmuş Donbasda yerləşdirilməsi göstərir ki, Rusiya şərqdə öz hücum əməliyyatlarını gücləndirmək bahasına Ukraynanın Xarkov vilayətində əks-hücumunu ləngitməyə üstünlük verir.

Bundan əlavə, Müharibələrin Tədqiqatı İnstitutunun rusiyapərəst mənbəsi bildirib ki, rus qoşunları hələ də Lıtsı və Rubejnıda (Xarkov vilayətində) döyüşürlər. Bu, rus qoşunlarının Xarkovdan şimalda ərazinin bir hissəsini geri ala bildiyi barədə əvvəlki iddiaları təsdiqləyir.Moderator.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az