Yeddi ölkənin nümayəndəsi Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə çağırıb.
Oxuməni.az xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Forumunun bir sıra ölkələri Rusiya Federasiyasını bütün qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.
Rusiyaya qarşı bu tələbi APEC-in yeddi dövləti - ABŞ, Kanada, Avstraliya, Yaponiya, Yeni Zelandiya, Koreya Respublikası və Çilinin nümayəndələri irəli sürüb.
“Açıq, dinamik, davamlı və sülhsevər Asiya-Sakit Okean regionunun dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq nizamın vacibliyini bir daha təsdiq edərək, biz Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə və bütün silahlı qüvvələrini Ukraynadan tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırırıq”,- bəyanatda bildirilib.
Bundan əvvəl Banqkokda (Tailand) APEC ölkələrinin ticarət nazirlərinin iclasının keçirildiyi bildirilib. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxış etməyə başlayanda ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiya nazirləri zalı tərk ediblər.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































