Xalqımız bir neçə gün sonra Novruz bayramını qeyd edəcək. Təəssüf ki, zaman ötdükcə bayramın bəzi adətləri müəyyən dəyişikliklərə uğrayıb, ya da unudulub, yeni ənənələr ortaya çıxıb. Hətta Novruz süfrəsi üçün hazırlıq görmə yerinə, ənənəvi bişintiləri mağazadan almağa üstünlük verilir. Hərçənd bir şəkərburanın qiyməti mağazada 1 manat 40 qəpikdir.
Mediainfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, tanınmış qarmonçuı Gülbahar Şükürlü də əvvəlki bayram ab-havasının olmadığını deyib:
“Bayramlarda marketlərdəki bahalaşma ilə bağlı məlumatım olmasa da, əvvəlki bayram ab-havasının olmadığı dəqiqdir. İndi nə qalıb ki, Novruz da qalsın?! İstər toylarda, istər dəbdə, istər digər bayramlarda.
Bunu təkcə Novruza aid etmək olmaz. Əvvəlki dövlə indiki arasında yerlə-göy qədər fərq var. Demək olar ki, köhnə adətlərdən əsər-əlamət qalmayıb. İnşallah, düzələr”.
Sənətçi bu bayramda da evində özünün bayram şirniyyatı hazırladığını bildirib:
“Bütün xalqımızı bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Şəkərbura, paxlavanı özüm bişirdiyim üçün marketlərdəki qiymətlərdən xəbərim yoxdur. Mənim bir qızım, bir oğlum var, onların da artıq öz ailələri, amma deyirlər ki, bayram ərəfəsində evdən şirniyyatın, şəkərbura-paxlavanın iyi gəlsin.
Əvvəllər insanlar bir-birlərini gec-gec görəndə deyirdilər ki, “ay qız, şəkərburaya dönmüsən, görsənmirsən”. İndi bu ifadəni heç kəs bir-birinə demir, çünki şəkərbura yay-qış mağazalarda var. Əvvəllər belə deyildi axı. Təkcə bu misalı desəm, əlavə şərhə ehtiyac qalmır…”
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































