Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 4-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6°, gündüz 6-8° isti, Bakıda gecə 4-6°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək, 4-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 2-4-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-6° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 02-04-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


