ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib.
Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər ikisi axtarışdadır, bu səbəbdən məhkəmə cinayətkarlara qiyabi hökm çıxarıb.
Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən amansız fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı, 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.
Federal Təhqiqat Bürosu Riçard Ayvazyan və Terabelyan haqqında məlumat verənə 20 min ABŞ dolları mükafat vəd edir. Cinayət işində həmçinin Artur Ayvazyan, Vahe Dadyan, Tamara Dadyan, Arman Hayrapetyanın da adları keçir.publika.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür












.jpg)





























.jpg)
.jpg)










.jpg)
