ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi pilotsuz təyyarələrin köməyi ilə Əfqanıstanın paytaxtı Kabildə avtomobilə dinc insanların ölümü ilə nəticələnən hava zərbəsinin endirilməsinin səhv olduğunu etiraf edərək üzr istəyib.
Bu barədə Mediainfo.az xarici mətbuata istinadən xəbər verir.
"İndi əminəm ki, 10 dinc sakin, o cümlədən 7 uşaq, bu zərbə ilə faciəli şəkildə öldürülüb", - dinc sakinlərin həlak olması haqqında xəbərlərdən sonra araşdırmanın nəticələri haqqında danışan Makkenzi deyib.
Onun sözlərinə görə, həmçinin avtomobildə öldürülənlərin İŞİD-lə bağlı olması ağlabatan deyil.
Frenk Makkenzi etiraf edib ki, zərbə səhv olub.
"Mən əməliyyata nəzarət etmiş sərkərdə kimi bu zərbəyə və onun faciəli nəticəsinə görə məsuliyyət daşıyıram", - Makkenzi qeyd edib.
General gələcəkdə Əfqanıstanda terrorçulara zərbələr endiriləcəyi təqdirdə ABŞ-ın daha diqqətli və daha uzun müddətli potensialı hədəf seçəcəyini, bu səbəbdən səhvlərin mövcudluğu ehtimalının daha az olacağını vurğulayıb. Makkenzinin sözlərinə görə, Kabilə zərbə endirilməsi məsələsində Əfqanıstanın paytaxtındakı hava limanında insanların təhlükəsizliyi təhlükədə olduğu üçün ordunun sürətli qərar verməsinə ehtiyac olub. "Düzgün nəticələr vermə ehtimalımızın kifayət qədər yüksək olduğu ehtimalına əsaslanaraq hərəkət etdik", - o deyib.
Makkenzi vurğulayıb ki, ABŞ ola bilsin, həlak olanların qohumlarına təzminat ödəyəcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


