Ötən gün Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilərkən həmkarı Tahir Kərimli çıxış üçün söz almışdı və "polisin yiyəsi var, deputatın yiyəsi yoxdur" ifadələrini işlətmişdi.
Mediainfo.az xəbər verir ki, Tahir Kərimlinin bu çıxışına ən sərt cavab isə Milli Məclisin sədri Sahibə Qafarovadan gəlmişdi: "Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!".
Ölkə ictimaiyyətini maraqlandıran suallardan biri də budur: Həmin 10 dəqiqəlik səs yazısında nələr var idi?
Məsələ ilə bağlı publika.az deputatla əlaqə saxlayıb və 10 dəqiqəlik səs yazısının təfərrüatlarını öyrənməyə çalışıb. Deputatın iclas bitdikdən sonra sədrin kabinetində həmin səs yazısını dinləyib-dinləmədiyini öyrənməyə çalışıb. Millət vəkili Tahir Kərimlinin bununla bağlı açıqlaması qısa və konkret olub:
"Mən bu məsələdə öz ziyanıma susuram. Xahiş edirəm, danışmaq istəmirəm".
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


