Türkiyə Əfqanıstandan qaçqınların kütləvi axınının qarşısını almaq üçün İranla dövlət sərhədlərinin mühafizəsini gücləndirib və sərhədə 20 minlik kontingent, o cümlədən xüsusi təyinatlı qüvvələr yerləşdirib. Bundan əlavə sərhəd bütün sutka boyu havadan pilotsuz təyyarələrlə izlənir. Bu da qeyri-leqal miqrantların ölkə ərazisinə keçməsi imkanlarını xeyli məhdudlaşdırıb.

Qeyd edək ki, Əfqanıstandakı hazırkı vəziyyət region ölkələrini qaçqın axını riski ilə üz-üzə qoyub. Artıq minlərlə əfqan “Taliban”la Kabil hökumətinə bağlı qüvvələrlə döyüşlərdən qaçaraq Orta Asiya respublikalarına sığınıb. Eləcə də Əfqanıstandan qaçqınların dağlıq ərazilərlə İrana, oradan Türkiyəyə keçməsi riski var. Son günlər Türkiyə KİV-ləri yüzlərlə əfqan qaçqının ölkənin İranla həmsərhəd kəndlərinə keçdiyi və oradan ölkə ərazilərinin içərilərinə səpələndiyi haqda xəbərlər yayır.
Türkiyənin İranla sərhədi daha əvvəl də PKK yaraqlılarının və narkotacirlərin sızmasının qarşısını almaq üçün möhkəmləndirilmişdi, sərhədə yüz kilometrlər boyu modul beton bloklar və optik müşahidə qurğularının qoyulduğu qüllələr yerləşdirilmişdi.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


