Bazar günü- iyunun 20-də Ermənistanda keçiriləcək seçkilərdən öncə bir çox başqaları kimi, Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbçilərinin nəzarətində qalan hissəsində faktiki fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntüsünün başçısı Arayik Arutyunyan da mümkün hakimiyyət dəyişikliyindən qorunmaq üçün addımlar atır.
Mediainfo.az moderator.az-a istinadən xəbər verir ki, qəsbkar Ermənistanın “Qraparak” nəşrinin yazdığına görə, erməni müşahidəçilər Araikin 3 hissəyə "bölündüyünü", daha doğrusu, çevrəsinin üç cəbhəyə ayrıldığını söyləyir.
Araik həmin cəbhələrdən birinə Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan" blokuna, digərinə - Serj Sarkisyan və Vanetsyanın "Şərəf duyuram" blokuna dəstək verməyi tapşırıb. Üçüncü cəbhədəkilər isə Nikol Paşinyan və hazırkı hökumətin qələbəsi üçün çalışırlar. Qarabağdakı separatçı kriminal xuntanın qanunsuz “milli təhlükəsizlik xidməti”nin keçmiş direktoru general-mayor Kamo Ağacanyan paşinyançılar qanadında xüsusilə fəaldır.
Xatırladaq ki, bir müddət öncə K.Ağacanyan Ermənistandakı bəzi siyasi dairələrin Azərbaycana işləməkdə, konkret olaraq 44 günlük savaşdan öncə öz “KaMaz”larıyla Hadrutdan Şuşaya Azərbaycan ordusu üçün meşə yolu açmaqda suçlanıb.
2016-cı ildən bəri apardığımız araşdırma nəticəsində generalın atasının azərbaycanlı olması haqda məlumat II Qarabağ müharibəsindən sonra tam təsdiqini tapıb…
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


