Bütün bunlar, mənə qarşı olan qarayaxmalar “5-ci kolon”un və trol şəbəkəsinin işidir. Milli adamam, ölkəmə sədaqətlə xidmət edirəm. Azərbaycan-Türkiyə münasibətlərinə töhvə verirəm. Amma görünür bu, bir çoxlarının xoşuna gəlmir.
Mediainfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramil Həsən Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın qızını qaçırması ilə bağlı iddiaya münasibət bildirərkən deyib.
Deputat səslənən ittihamları özünə qarşı qaragüruhun, “5-ci kolon”un və trolların işi adlandırıb:
“Bu, mənə qarşı bir plandır. Milli adam olanda, Azərbaycanın müstəqil siyasət yürütməsini təbliğ edəndə görünür ona təzyiqlər edilməlidir. Türkiyə-Azərbaycan münasibətlərinin, strateji əməkdaşlığının güclənməsini istəməyən qüvvələr bu səbəbdən də məni "vurmağa" çalışırlar. İddiların hamısı hoqqabazlıqdır. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenidən də müraciət edəcəm”.
Qeyd edək ki, iş adamı övladını görməsi ilə bağlı məhkəmə qərarları olsa da, deputat Ramil Həsənin buna mane olmaqda ittiham edir.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


