Dövlət Baxçalıdan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: “İmkan verməyəcəyik”

Dövlət Baxçalıdan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: “İmkan verməyəcəyik”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və Türkiyənin təşkilata gözlənilən dövr sədrliyi ilə bağlı geniş mətbuat açıqlaması yayıb.

MHP lideri bəyan edib ki, oktyabr ayının son həftəsində Ankarada keçiriləcək TDT-nin Zirvə Görüşündə dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi Türk dünyasının ortaq hədəfləri baxımından mühüm məsuliyyət və tarixi fürsətdir.

“Yeni Sabah” xəbər verir ki, Baxçalı bəyanatında Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bu prosesin ən möhkəm dayağı olduğunu xüsusi vurğulayıb:

"Egey dənizindən Xəzərə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn hər cür yanaşma qarşısında ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Başda Azərbaycan olmaqla, Türk dünyası arasındakı qardaşlıq hüququna nifaq toxumunun səpilməsinə əsla imkan verməyəcəyik".

MHP başqanı həmçinin Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankara Zirvəsi çərçivəsində keçirəcəkləri görüşün sarsılmaz qardaşlıq iradəsini növbəti dəfə nümayiş etdirəcəyinə inamını ifadə edib.

Açıqlamada TDT üzvü olan bütün respublikaların suverenliyinə, müstəqilliyinə və daxili hüquq sisteminə hörmət prinsipinin əməkdaşlığın təməlini təşkil etdiyi bildirilib. Baxçalı İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarını rəhbər tutaraq, TDT-nin "2040-cı il Vizyon Sənədi"nə uyğun şəkildə müdafiə sənayesi, iqtisadiyyat, nəqliyyat, enerji, təhsil və texnologiya sahələrində inteqrasiyanı dərinləşdirməyə çağırıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.15

2026.10.14

2026.10.13

2026.10.12

2026.10.11

2026.10.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az