2019-cu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 127 253 müraciət daxil olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, vətəndaşlar əsasən əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat növləri, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, mənzil və avtomobillə təminat, sosial sığorta və fərdi uçotun təşkili, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər. Ümumi müraciətlərin böyük əksəriyyəti sorğu xarakteri daşıyıb və həmin sorğuların hər biri ilə bağlı vətəndaşlara izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşlar 142 - Çağrı mərkəzinə zəng edərək 0 düyməsini, bundan sonra 1 düyməsini seçməklə və şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixini (rəqəm ifadəsində, məsələn, 1970-ci ilin 10 iyun tarixi -10.06.1970 kimi) daxil etməklə - əlillik, 0 düyməsini, bundan sonra 2 düyməsini seçərək və şəxsiyyət vəsiqəsinin nömrəsini, ərizə-bəyannamənin son 4 rəqəmini daxil etməklə ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı müraciətlərinin nəticəsi barədə məlumat əldə edə bilərlər.
Əgər vətəndaşın əlillik və ya sosial yardımla bağlı müraciətlərinə dair informasiya sistemində məlumat olmadıqda bu barədə də vətəndaşa məlumat verilir.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




