Müasir dövrün unikal kəşflərindən biri də pilotsuz uçan aparatlar - dronlardır. Çoxfunksiyalı olan bu alət hərbi kəşfiyyat, izləmə, çertyoj tətbiqi, film və toy çəkilişləri kimi işlərdə istifadə edilir. Ancaq bu aparatlar Bakı səmasında elə də gözə dəymir. Səbəb isə pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən qanunun olmamasıdır. Dövrün tələbi olduğu üçün əksər dünya ölkələrində geniş istifadə edilən bu unikal aparatın Bakı səmasında da görünməsi üçün nə etmək lazımdır? Dronun istifadəsi üçün hansı qurumlardan icazə alınmalıdır?
Mediainfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz məsələ ilə bağlı axar.az-a açıqlamasında bildirib ki, ölkəyə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Ancaq ekspert bunun doğru olmadığını hesab edir:
"Qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə, dron gətirmək istəyənlər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməli və əlavə olaraq 4 qurumun - Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin də icazəsini təqdim etməli idi.
Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik. Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü-gündən artır. İndi də Daxili İşlər Nazirliyi dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlahiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Fikrimcə, bu cür yanaşma doğru deyil".
O.Gündüz bildirib ki, ölkəyə bir dronun gətirilməsi üçün bu qədər qurumdan icazə almağa ehtiyac olmamalıdır. Bütün bu səlahiyyətlər Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməlidir:
"Prezident Fərmanı ilə informasiya təhlükəsizliyi sahəsində kordinasiya səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib. Belə olan halda dronla əlaqəli proseduraları elə bir quruma, məsələn, XDMX-ya həvalə etmək yaxşı olardı. Düşünürəm ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir".
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




