"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin tərkibi müəyyənləşib.
Bu barədə Baş nazir Novruz Məmmədovun "Aqrar tədarük və təchizat" ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, cəmiyyətin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.
İdarə Heyəti 3 (üç) üzvdən ibarətdir. İdarə Heyətinin sədrini və digər üzvlərini Kənd Təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.
Eyni zamanda İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edəcək.
Qərarla İdarə Heyətinə cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təhlil edərək təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Nazirliyə təkliflər vermək, cəmiyyətin strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini müəyyən etmək, strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına, cəmiyyətin fəaliyyətinə nəzarət etmək, cəmiyyətin strukturu, əməkhaqqı fondu və işçilərin say həddi ilə bağlı nazirliyə təkliflər vermək, nazirliyin razılığı ilə cəmiyyətin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvi barədə qərar qəbul etmək və s tapşırılıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




