Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən III Regionların Sosial İnnovasiyalar Forumunda Azərbaycanın DOST konsepsiyasına dair geniş təqdimat olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirdə müxtəlif ölkələrdən nazirlər, qubernatorlar, sosial sahə ilə bağlı hökumət və qeyri-hökumət qurumlarının, biznes strukturlarının, ekspert cəmiyyətləri və könüllülər hərəkatlarının nümayəndələri iştirak ediblər. Sosial sahədə İT-in tətbiqi, bunun idarəçilik və əhaliyə xidmət proseslərinə təsiri, həmçinin potensial risklər, müvafiq sahədə rəqəmsal texnologiyaların tətbiqinin üstünlükləri və mümkün fəsadları, eləcə də digər məsələlər müzakirə olunub.
Forum zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev DOST konsepsiyasına dair geniş təqdimatla çıxış edib. Azərbaycanın dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ təcrübəsi olan DOST layihəsi Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bundan başqa, Forumda "Milli layihələrin reallaşdırılmasında innovasiya layihələri və texnologiyaları", "Milli layihələrin reallaşdırılmasında qeyri-kommersiya təşkilatlarının rolu", "Əhalinin məşğulluğu siyasətində innovativ yanaşmalar", "Könüllüyə dəstək standartı", "Gümüş yaşda insanlar üçün təhsil: istəklər və imkanlar", "Sosial sahənin inkişafında texnologiyalar: sinerji, texnologiyalar, həllər" və s. mövzularda sessiyalar keçirilib.
Rəsmi proqramdan əlavə, forum zamanı əlil şəxslərin əl işləri sərgiləri, müxtəlif kollektivlərin səhnəcikləri, xeyriyyə teatr tamaşaları və konsert proqramlarının nümayişi də təşkil edilib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




