İlk DOST mərkəzinə elə ilk gündən vətəndaşlar tərəfindən böyük maraq müşahidə edilir. Fəaliyyətə başladığı gündən artıq 3 mindən çox vətəndaş müraciət edərək DOST mərkəzinin xidmətlərindən faydalanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, vətəndaşların əksəriyyətini əlilliyi olan şəxslər, pensiyaçılar, müavinət və ya təqaüd alanlar, işsiz və işaxtaran vətəndaşlar, muzdla çalışanlar təşkil edib. Onların müraciətləri pensiya və sosial sığorta, sosial müavinət və təqaüdlər, məşğulluq xidmətləri, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial xidmətlər və s. ilə bağlı olub.
Mərkəz Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulub. Burada əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vahid standartlar əsasında 126 növdə xidmət göstərilir. Hər gün mərkəzə 350-400 arası vətəndaş müraciət edir. Xidmətlərdə əsas məqsəd vətəndaşların məmnunluğuna nail olunmasıdır.
2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra vətəndaşların qeydiyyatından asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































