Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir "Yaxşı Təcrübə" müsabiqəsi keçirilir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.
20 ölkədən təqdim edilmiş 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.
Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.
Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.
Tədbirdə bu layihələrin əhəmiyyətindən bəhs olunub. VEMTAS və TSERAS-ın sosial yardım və əlilliyinin qiymətləndirilməsi sistemlərində ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşmasında rolu qeyd edilib. Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyi vurğulanıb. Proqramın mühüm sosial-iqtisadi faydalarından bəhs olunub. Habelə Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl şəkildə həyata keçirilən kompleks təsirli tədbirlərin önəmi və müsbət nəticələri qeyd olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































