3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək

3413 vərəsəyə  birdəfəlik ödəmə veriləcək

Bu vaxta qədər 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Mediianfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günü ərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az