Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir. Bu hüquq 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da şamil olunur.
Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































