Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev publika.az-a açıqlamasında bildirib ki, ötən gün qəbul olunan qərardan sonra artıq 500 kubmetr sayğacların balansına əlavə edilib:
"Mayın 1-dən etibarən smart sayğaclarda aparılan ödəniş əməliyyatında bu yenilik tətbiq edilib, mexaniki sayğaclarda göstəricilərin oxunması işinə başlanılıb. Bu proses iki günə yekunlaşacaq və hesablamalar aparılacaq. Limiti keçməyən abonentlər üçün ciddi bir dəyişiklik olmayacaq. Sadəcə onlar bundan sonra 2200 kubmetrə qədər 0.10 qəpik tarifi ilə ödəniş edəcəklər. 1700 kubmetr limiti keçən abonentlər isə bu gündən etibarən verilən əlavə 500 kubmetrdən də 0.10 qəpiklə istifadə edəcək. Bu abonentlərin də sayı çox deyil".
Qeyd edək ki, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































