Aprelin 30-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sitrus meyvələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibakrlarla görüş keçirilib.
Mediainfo.az-a agentlikdən verilən xəbərə görə, tədbirdə AQTA sədrinin müavini Balarəhim Quliyev istehsal, idxal və ixrac olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. B.Quliyev sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.
Baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova AQTA tərəfindən Aralıq dənizi meyvə milçəyinin təhlükəliliyi nəzərə alınaraq, zərərvermə risklərinin araşdırıldığını və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə idxal olunması nəzərdə tutulan sitrus bitkilərinə dair fitosanitar tələblərin hazırlandığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, sitrus bitkilərinin tinglərini ölkəyə idxal etməzdən əvvəl tinglərin torpaqdan azad və meyvəsiz olmasına, idxal edilən meyvələrin isə müvafiq müddət və temperaturda saxlanılaraq daşınması şərtlərinə diqqət yetirilməlidir. Eyni zamanda zəruri məlumatlar fitosanitar sertifikatda öz əksini tapmalıdır. Bununla bağlı hər hansı uyğunsuzluq aşkar olunarsa, Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq fitosanitar tədbirlər həyata keçiriləcəkdir.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


