Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun "Gənclərin Məşğulluğu Proqramı"na dair Bakıda və bölgələrdə gənclər üçün təqdimatlar keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Dövlət Məşğulluq Xidmətinin və Gənclər Fondunun əməkdaşları tərəfindən Proqramın gənclər üçün açdığı imkanlar və proqramda iştirak şərtləri barədə məlumat verilib.
Bildirilib ki, yaşı 18-29 olan, orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirən və hazırda heç bir yerdə çalışmayan şəxslər "Gənclərin Məşğulluğu Proqramı"nda iştirak etmək üçün elektron formada qeydiyyatdan keçə bilərlər. Müraciəti müsbət cavablandırılan gənclər işə cəlb olunacaq və onların əmək haqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiya formasında ödəniləcək. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial cəhətdən həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.
Gənclər, həmçinin, Fond və Xidmət tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da əldə edəcəklər.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.
"Gənclərin Məşğulluğu Proqramı"nın təqdimatı prosesi bundan sonra da davam etdiriləcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


