"Bir kəmər, bir yol" layihəsi qlobal əhəmiyyət daşıyır. Bu layihə dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərtac-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, "Bir kəmər, bir yol" layihəsinin reallaşması nəqliyyat dəhlizlərinin inkişafı baxımından çox mühümdür. Söhbət Asiyadan Avropaya, xüsusən də Çindən Avropaya daşınmadan gedir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin 225 milyard dollar sərmayə qoyub.
Vüqar Bayramovun sözlərinə görə, "Bir kəmər, bir yol" multinəqliyyat növlərindən istifadə edilməsinə imkan yaradacaq. Qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz "Bir kəmər, bir yol" vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək. Bu məqsədlə Azərbaycan hökuməti Qazaxıstan və Gürcüstanla yükdaşımalar üçün vahid tarif əldə edib. Ölkəmiz yükdaşımalar sahəsində müasir infrastruktur yaradıb. Xüsusən də Xəzərin hüquqi statusunun müəyyənləşməsi də bu işin reallaşmasına təsir edən amildir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, beynəlxalq yükdaşımalarda ölkəmizə böyük valyuta daxil olacaq.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































