Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Məsələ ilə əlaqədar Nazirlikdən Mediainfo.az-a verilən xəbərə görə, energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini qeyd edib. Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


