Osmanlı dövründə İngiltərəyə aparılan tarixi əsərlər böhrana səbəb oldu

Osmanlı dövründə İngiltərəyə aparılan tarixi əsərlər böhrana səbəb oldu

Osmanlı dövründə İngiltərəyə aparılan Elgin mərmər heykəlləri İngiltərə ilə Yunanıstan arasında diplomatik böhrana səbəb olub. Ölkəsinə tarixi əsərləri aparmaq istəyən Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə İngiltərə baş naziri Rişi Sunak arasında keçirilən görüş gərginlik səbəbindən son dəqiqələrdə ləğv edilib.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bazar günü Böyük Britaniyaya üç günlük səfərə gedib. Səfər çərçivəsində çərşənbə axşamı Yunanıstanın baş naziri Mitsotakis ilə britaniyalı həmkarı arasında görüş planlaşdırılırdı.

Ancaq Yunanıstan baş naziri Mitsotakisin BBC-də yayımlanan «Elgin Mərmər Heykəlləri» ilə bağlı açıqlamaları əks reaksiyaya səbəb olub. Miçotakisin İngiltərə baş naziri Sunak ilə planlaşdırdığı görüş ləğv edilib və ona baş nazirin müavini Oliver Dowden ilə görüş təklif olunub.

Böhrandan sonra Mitsotakis verdiyi yazılı açıqlamada, "İngiltərə baş nazirinin saatlar əvvəl planlaşdırılan görüşü ləğv etməsindən narahatlığımı bildirirəm" deyə bildirib.

Yunanıstan və İngiltərə arasında tarixi dostluq bağlarının olduğunu deyən Mitsotakis, iki ölkə arasındakı əlaqələrin çərçivəsinin son dərəcə geniş olduğunu bildirib.

Bu gün axşam saatlarında Mitsotakis İngiltərədəki ana müxalifət İşçi Partiyasının lideri Keir Starmer ilə görüşüb. Görüşdə Yunanıstan və İngiltərə münasibətləri müzakirə edilib, Avropa təhlükəsizliyi, miqrasiya problemi, iqlim böhranı və Yaxın Şərqdəki son hadisələr də dəyərləndirilib.

Yunanıstanın baş nazirliyindən şənbə günü verilən açıqlamada bildirilirdi ki, İngiltərəyə üç günlük səfər edəcək Mitsotakisin çərşənbə axşamı yerli vaxtla saat 12.45-də Sunak ilə görüşəcək.

Xatırladaq ki, Afina Akropolunun bir hissəsi olan «Elgin Mərmər Heykəlləri» Londondakı Britaniya Muzeyində yerləşir. 1800-cü illərin əvvəllərində İstanbulda səfir olan Lord Elgin, heykəlləri araşdırma aparmaq üçün icazə alaraq İngiltərəyə apardı. Afina uzun illərdir ki, mərmərlərin geri qaytarılmasını istəyir…

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az