Rusiyanın Xalq artisti Alla Puqaçova ötən gündən Rusiyadadır
Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov yerli telekanallara verdiyi açıqlamasında Puqaçovanın Rusiyaya qayıtmasını şərh edib. Onun sözlərinə görə, sənətçinin Rusiya vətəndaşı olduğu və hələ də vətəndaş hüquqlarını pozacaq hər hansı hərəkətə yol verməməsi səbəbindən cinayət məsuliyyəti daşımır:
“O, niyə təqib olunmalıdır? Həyat yoldaşının yanına getməkdən başqa heç nə etməyib. O, Rusiya ilə bağlı heç bir açıqlama verməyib, yəni ehtiyatlı davranıb. O, nəinki daha rahat yer axtarıb, hətta bu kateqoriyadan olan bəziləri kimi körpüləri də yandırmayıb. Ona görə də qanun baxımından ona qarşı mənim anladığım qədər heç bir iddia yoxdur”.
Aleksandr vurğulayıb ki, müğənni Rusiyada konsert fəaliyyəti ilə məşğul ola bilməyəcək.
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb.
Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya qayıtmışdı.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























