“Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”
Mediainfo.az xəbər verir ki, bu sözləri Xalq artisti Akif İslamzadə Yenisabah.az-a açıqlamasında deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!
Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.
A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:
“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.
Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?
Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































