Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində qoyulan abidəsinin forması maraqla qarşılanıb.
Mediainfo.az xəbər verir ki, abidə xüsusi postamentin üzərində qoyulmayıb. Bu isə ənənəvi abidə anlayışından fərqlənir. Belə ki, ənənəvi abidə qoyulması üçün xüsusi yer ayrılmalı, postament qurulmalı, ətrafı abadlaşdırılmalıdır, bu da abidənin qoyulması üçün yer seçimini məhdudlaşdırır. Bakıda belə yerlər yetərli qədər deyil, xüsusilə şəhərin mərkəzində abidə üçün ayrıca guşənin ayrılması imkanları məhduddur. Nəticədə isə Azərbaycanın tarixi şəxsiyyətlərinin abidəsi məcburən ya mərkəzdən kənarda qoyulur, ya da onların abidəsinin qoyulması üçün yer ayrılması problemə çevrilir.
İlk dəfədir ki, Prezident sərəncamı ilə qoyulan heykəl dəbdəbədən uzaq olmaqla bərabər, həm də şəhərin ən gur yerinə yerləşdirilib. Bu abidə turistlərin də axın etdiyi yerdədir və təbii olaraq, Zeynalabdin Tağıyev şəxsiyyətinin təbliğatında önəmli rol oynayacaq. Bu abidə ilə foto çəkdirmək də olduqca münasibdir.
Bu yeni forma Bakının mərkəzi hissəsində, o cümlədən İçərişəhərdə tarixi şəxsiyyətlərin abidəsinin qoyulması imkanlarını da genişləndirir.
Bununla bağlı saytımıza danışan abidənin müəllifi, xalq rəssamı Xanlar Əhmədov da yeni formanın rəğbətlə qarşılandığını bildirib:
“Hacı Zeynalabdin Tağıyev xalqdan biri olub. Buna görə də onun abidəsi xalq arasında və tarixi bir yerdə əbədiləşdi. Xalqa qarışması məqsədi ilə postamentdən imtina edildi. Yerdə olması daha məqsədəuyğundur, əlçatandır və ziyarətçilərin də diqqətini çəkir”.
Qeyd edək ki, tunc və bürnc qarşığından hazırlanmış abidənin hündürlüyü 2,3 metrdir.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































