Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.
Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.
Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.
Lara həmçinin "Malibu xilasediciləri" ("Baywatch", 1989-2001) və "Konan" ("Conan", 1997-1998) seriallarında çəkilib.
Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin səmaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























