İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə Şuşadan başlamışıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilin əvvəlindən artıq üç dəfə Şuşa şəhərində olublar. Bu səfərlər Şuşada aparılacaq mədəni quruculuq işlərinə ölkə rəhbərliyinin həssas münasibətini göstərir. Şəhərdə bir sıra tarix-mədəniyyət abidələrinin bərpası prosesi gedir. Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq.
Mediainfo.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, bərpa prosesində xarici mütəxəssislərin təcrübəsindən də istifadə ediləcək:
"Bir sıra ölkələrin bu sahədə fəaliyyət göstərən şirkətlərinin də işlərə cəlb edilməsi nəzərdə tutulur. Bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi də nəzərdə tutulur. Türk dünyası təşkilatları da bu tədbirlərə dəstək vermək, yaxından iştirak etmək istəyirlər. Şuşa ilə bağlı çox əhəmiyyətli bir təklif İSESKO-dan gəldi. Təşkilatın rəhbərinin bu ilin yanvar ayında ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi təklif olundu. Eyni zamanda TÜRKSOY təşkilatı Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini təklif etdi. Bu da Türk-İslam dünyasının qədim Şuşa şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir".
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























