Azərbaycan ilə Tacikistan arasında əlaqələr təkcə hökumət və iqtisadi səviyyədə deyil, həm də sosial-mədəni müstəvidə günü-gündən möhkəmlənir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Xalça Muzeyində "Tacik tikmə dünyası" sərgisinin açılışında Tacikistan Milli Muzeyinin direktoru İbrahimzoda Zəfərşo Safo deyib.
"Mən bu tədbirdə xalqlarımız arasında mədəni əlaqələrin və qarşılıqlı əlaqələrin necə möhkəmləndiyinin şahidi oldum. Bu mübadilə əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və Azərbaycan ilə Tacikistan arasında dostluğun möhkəmlənməsinə kömək edir", - o qeyd edib.
Muzey direktorunun sözlərinə görə, bu cür tədbirlər iki ölkə arasında əlaqələrin möhkəmliyini və gələcək mədəni mübadilənin vacibliyini nümayiş etdirir.
Sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova da çıxış edərək Tacikistanla mədəni əlaqələrin köklərinin keçmişə gedib çıxdığını vurğulayıb. Nümunə kimi o, ötən əsrin 60-cı illərində azərbaycanlı heykəltəraş Fuad Abdurəhmanovun Düşənbədə yaratdığı Sadriddin Ayni abidəsini, eləcə də ötən əsrin 70-80-ci illərində Ayni və İbn Sinanın abidələrini ucaldan Ömər Eldarovun əsərlərini göstərib.
O, həmçinin bu il mayın 20-də Tacikistanın Milli Muzeyində keçirilən və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XVIII-XX əsrlərə aid xalçalar və məişət əşyalarının nümayiş etdirildiyi "Azərbaycan incəsənət inciləri" sərgisini xatırladıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























