“CineMastercard” kinoteatrlar şəbəkəsi "Xocalı. Son toy" filminin nümayişinə başlayır- Video

“CineMastercard” kinoteatrlar şəbəkəsi "Xocalı. Son toy" filminin nümayişinə başlayır- Video

“Global Media Group” və “Report” informasiya agentliyinin birgə istehsalı olan bədii-sənədli filmin süjeti real hadisələrə - 33 il əvvəl Xocalının erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində kəsilən sonuncu toy mərasiminə əsaslanır.

1992-ci il Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən birinə çevrilərək təkcə yüzlərlə insanın həyatını deyil, bir çox ailələrin ümidlərini, arzularını, sevincini də əlindən alıb. Film Xocalı acısını yaşayan Azərbaycan xalqının müsbət, xoşbəxt gələcəyə necə köklənə biləcəyi ideyasını əks etdirir.

Filmin ideyası 1992-ci il yanvarın 18-də həmin toydan sağ qalmış ağ-qara fotoşəkildən yaranıb. Filmdə bu fotoşəkil rəngli şəkildə canlandırılıb və Xocalının dirçəlişinin simvolu kimi xidmət edir. İllər sonra işğaldan azad edilmiş torpaqda yenidən ənənəvi “Vağzalı” səslənir, şəhəri bayram ab-havası ilə doldurur.

Çəkilişlər Xocalı (sənədli kadrlar) və Ağsuda (bədii hissə) aparılıb.

Layihə “Qlobal Media Qrupun”un İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. İdeya və ssenari müəllifi Niyam Şirinov, rejissoru Yusif Ələkbərzadə, prodüseri Fuad Hüseynəliyevdir.

Aprelin 17-dən 23-dək tamaşaçılar “Dəniz Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən “CineMastercard” kinoteatrlar şəbəkəsində filmi pulsuz izləyə bilərlər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.06.07

2025.06.06

2025.06.05

2025.06.04

2025.06.03

2025.06.02

2025.06.01

2025.05.31

2025.05.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az