Rusiya Elmlər Akademiyasının akademiki, elmlər doktoru, professor Renat Akçurin uzun sürən xəstəlikdən sonra oktyabrın 6-da vəfat edib. Onun 78 yaşı var idi. Bu barədə Tatarıstan Səlahiyyətli Nümayəndəliyi özünün Telegram kanalında məlumat yayıb.
Renat Akçurin 1946-cı il aprelin 2-də Özbəkistan SSR-in Əndican şəhərində anadan olub. 1964-cü ildə Əndican Tibb İnstitutuna daxil olub, 1968-ci ildə İ.M. Seçenov (indiki Seçenov Universiteti) adına 1 saylı Moskva Tibb İnstitutuna keçərək oranı 1971-ci ildə bitirmişdir.
Renat Süleymanoviç Akçurin virtuoz cərrah, nüfuzlu alim, SSRİ və Rusiya Dövlət mükafatları laureatı kimi tanınır. Rusiyada və xaricdə o, rekonstruktiv, damar və ürək cərrahiyyəsində unikal sahələri inkişaf etdirmiş alim və mütəxəssis kimi tanınır.
“Minlərlə insan həyatını ona əmanət edib. Onun xəstələri arasında Rusiya prezidenti Boris Yeltsindən tutmuş dövlətin yüksək vəzifəli şəxsləri və çox adi insanlar var idi”, - məlumatda deyilir.
Akçurin onilliklər ərzində Tatarıstanla sıx işgüzar əlaqələr saxlayıb. 2011-ci ildən, təsis edildiyi gündən Tatarıstanın Səlahiyyətli Nümayəndəliyində Həkimlər Klubuna rəhbərlik edib.
Allah rəhmət eləsin!
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























