Türkiyədə arxeoloqlar zəlzələdən sonra bərpa işləri zamanı üzərində mixi yazı olan gil lövhə tapıblar. Lövhə Türkiyənin cənubunda, Hatay vilayətində, qədim Alalah (indiki adı - Əski- Alalah) şəhəri ərazisində tapılıb. Tapıntı dünyanın ən qədim ticarət qəbzlərindən biri ola bilər.
Təxminən 3500 il əvvəl yaradılmış sənəddə çoxlu miqdarda taxta mebelin alınması qeyd olunur.
Lövhədəki mətn akkad dilində yazılıb.Lövhənin birinci sətirlərində çoxlu sayda stul, stol və stulların alqı-satqısı, həmçinin alıcı və satıcılar haqqında məlumatlar var.
"Biz inanırıq ki, bu lövhə Son Tunc dövrünün iqtisadi strukturu və siyasətinə dair yeni fikirlər verəcək", - ekspertlər qeyd ediblər.
Maraqlıdır ki, bu, akkad dilində yazılmış ilk gündəlik tapıntı deyil. 2018-ci ildə tədqiqatçılar narazı müştərinin aldığı misin keyfiyyəti ilə bağlı şikayətini özündə əks etdirən oxşar gil tablet aşkar ediblər.
Beləliklə,akkad və əlaqəli dilləri 97% dəqiqliklə tərcümə edə bilən süni intellekt sisteminin inkişafı ilə mixi yazının deşifrə edilməsi asanlaşa bilər.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























