Azərbaycan milli mətbuatı 149 yaşını qeyd edir

Azərbaycan milli mətbuatı 149 yaşını qeyd edir

Bu gün Azərbaycan milli mətbuatının yaranması ilə bağlı tarixi gündür. Belə ki, milli mətbuatımızın yaranmasından 149 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si isə Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Əlbəttə həmin dövrdə Azərbaycan dilində qəzet çap etmək, onun çapına icazə aılmaq heç də asan deyildi. Amma Həsənbəy Zərdabi min bir əziyyət hesabına buna nail ola bildi və bununla da adını mətbuat tariximizə əbədi olaraq yazdırdı. Ötən 149 il ərzində Azərbaycan mətbuatı çətinliklə də olsa yaşaya, mübarizəsini davam etdirə bildi və böyük uğurlara imza atdı.

Ulu öndər Heydər Əliyevin mətbuata qayğısı nəticəsində müstəqilliyini əldə edən Azərbaycan mətbuatı yeni zirvələrin fəthinə başladı və haqq səsimizi dünyaya çatdırdı. Xüsusi ilə prezident İlham Əliyevin ulu öndərin mətbuata qayğısını daha da diqqət mərkəzində saxlaması, qayğısı nəticəsində bu gün Azərbaycan mətbuatı beynəlxalq aləmdə böyük nüfuz sahibi kimi tanınıb.

Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziyalar fəaliyyət göstərir, onlayn media şəbəkəsi ildən-ilə genişlənir. Müasir texnologiyalarının tətbiqi sayəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur.

Artıq iki ildir ki, Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu təşkil edilir. Bu da haqq səsimizin dünyaya çatırılmasında, mətbuatımızın inkişafında önəmli rol oynayır.

Bu əziz gündə bütün həmkarlarımızı təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq. Qələminiz daim iti olsun, yazan əlləriniz heç vaxt yorulmasın əziz həmkarlar!

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az