Təhsil İnstitunun sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərdən danışıb.
Yenisabah.az xəbər verir ki, o, bu müəllimlərin imtahandan sonrakı görüntülərini tənqid edib:
“Baxırsan, o boyda regional idarədir (Regional Təhsil İdarəsi nəzərdə tutulur - red), paylaşdığı videoya bax. Müəllim imtahandan çıxıb, atlanır onun üstünə, bunun üstünə, ətli-canlı, orta yaşlı xanımdır, budları qalır çöldə, bunlar da arxadan çəkib qoyur səhifəyə. Nə deyim, vallah... Bu idi bizə vəd etdiyiniz gələcək?
Bu ya səriştəsizlikdəndir, buna çox da inanmıram, ya da qəsddir. Hər iki halda, ziyandayıq”.
Alim təhsil sistemi ilə bağlı tənqidi fikirlərini davam etdirib: "İndiki təhsil "strategiyasının" metodika oyunu da başqa bir müsibətdir ha... Hələ yeni bir metodik mərkəz də açılacaq, əsl toyunuz-düyününüz onda başlayacaq. Metodika da ki kimlərin əlində: bərk gedən rüşvətxor, əzbərçi bazar adamlarının. Metodika oyunları ilə şikəst etdilər müəllimləri!"
Qeyd edək ki, Könül Aydın bir neçə gün öncə tutduğu vəzifədən istefa verib. Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































