Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.
DİN-dən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, "Naqan" tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıt şəhərində anadan olan, Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































