Siyasətçi aktrisanın başını gətirənə 1,5 milyon dollar söz verdi

Siyasətçi aktrisanın başını gətirənə 1,5 milyon dollar söz verdi

Hindistanın iki aparıcı partiyasından biri olan "Bharatiya Canata Parti"nin rəhbərlərindən biri, onun fikrinə görə, ölkənin tarixinə həqarət sayıla biləcək rolu ifa etmiş aktrisanın başını gətirənə 1 milyon 500 min dollar mükafat təyin edib.

Virtualaz.org "The Economic Time" nəşrinə istinadən xəbər verir ki, "Padmavati" adlı filmdə induist kraliçanın müsəlman lider Ələuddin Hilci ilə münasibətlərindən bəhs edilir. Film dekabrın 1-də ekranlara çıxmalı idi, lakin cəmiyyətdə böyük səs-küyə səbəb olduğu üçün premyera təxirə salınıb.

Siyasətçini hiddətləndirmiş kraliça rolunun ifaçısı isə Bollivudun ən məşhur akrisalarından biri Dilika Padukonedir.

Öz növbəsində, partiya öz rəhbərlərindən birinin bu cür qaniçən təklifini qınayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az