Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Mingəçevirdə 33 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Cəmil Əliyev küçəsi 12 ünvanında baş verib.
Şəxsi münasibətlər zəminində qardaşı tərəfindən döyülən 1991-ci il təvəllüdlü Mehri Ramiz qızı Hənifəyeva müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. Döyülən qadın xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata əsasən baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanıb.
Azərbaycanpolisi.az