Korkinoda taksi sürücüsünün öldürülməsi iğtişaşlara səbəb olub

Korkinoda taksi sürücüsünün öldürülməsi iğtişaşlara səbəb olub

Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Korkino şəhərində oktyabrın 24-də bir qadının öldürülməsi fonunda baş verən kortəbii aksiya iğtişaşlara çevrilib və onlarla adamın həbsi ilə nəticələnib. KİV-in məlumatına görə, qaraçı diasporu üzvlərinin evləri yaxınlığında keçirilən “xalq yığıncağı” atışmaya çevrilib və toplaşan onlarla yerli sakini dağıtmaq üçün Çelyabinskdən təhlükəsizlik qüvvələri gətirilib.

İnsanların toplaşmasına səbəb taksidə işləyən yerli sakin, 40 yaşlı Yelena Sarafanovanın qətlə yetirilməsi olub. Onun bıçaq xəsarətləri olan meyiti bir gün əvvəl şəhər küçələrindən birində tapılıb. Qətlə yetirilən qadının həmkarları bildiriblər ki, bundan əvvəl qadın qaraçı diasporunun üzvlərinin sifarişinə gedibmiş.

Taksi sürücüsünün öldürülməsi xəbərləri fonunda sakinlər yerli medianın dediyi kimi “qaraçılar məhəlləsi”nə toplaşmağa başlayıblar. Hadisə şahidləri sosial şəbəkələrdə insanların evlərin pəncərələrinə daş atması, avtomobili aşması, eləcə də evlərdən birində başlayan yanğının videosunu dərc edir - bəzi məlumatlara görə, binaya molotov kokteyli atılib.

Çelyabinskdən çağırılanlar da daxil olmaqla çevik polis qüvvələri və FSB bölmələri “xalq toplaşması”nın keçirildiyi əraziyə yerləşdirilib. Təhlükəsizlik qüvvələri sakinləri qaraçıların yaşadığı binalardan uzaqlaşdırıb və toplananları polis avtomobillərinə yükləməyə başlayıb. KİV-in məlumatına görə, ümumilikdə 50-dən çox adam saxlanılıb.

Ərazidə atışma da olub. “Mash” Telegram- kanalının məlumatına görə, hadisə zamanı iki nəfər yaralanıb - qaraçılardan biri və "toplantı"nın bir iştirakçısı, güllə birinin boynuna, digərinin isə buduna dəyib. Hadisənin digər təfərrüatları və şəraiti barədə məlumat verilmir.

“74” nəşri Sarafanovanın qətlindən az sonra polis məlumat yayıb. Məlumata görə, Daxili İşlər Nazirliyi qaraçı diasporunun 17 və 19 yaşlı iki nümayəndəsini qətldə şübhəli bilib.

Daha sonra Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi 17 yaşlı şübhəlinin saxlanılması barədə məlumat yayıb. Müstəntiqlərin sözlərinə görə, avtomobildə onunla taksi sürücüsü arasında münaqişə baş verib, bu zaman müttəhim qadının döş qəfəsindən ən azı 4 bıçaq xəsarəti yetirib.

İstintaq Komitəsinin məlumatına görə, ikinci gəncin qətldə əli olması hələ ki, təsdiqini tapmayıb.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az