İranda qəddarlığı ilə tanınan hakim Əbülqasım Səlavatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi 12 güneyli milli fəala ümumilikdə 88 il həbs cəzası verib, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, onların həbsdən sonra iki il müddətinə ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa qoyulub.
"Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq", "dövlət quruluşu əleyhinə təbliğat aparmaq" və "casusluq"da günahlandırılan Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu haqda videonu aşağıdakı linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=5ZB13g18AAA
Almaz Həsənli
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir

















.jpg)



















.jpg)
















