Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan sürücü Hacımurad Yusifovdur.
Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































