Yeniyetmə qız iki balaca bacısını öldürərək gəzintiyə çıxıb

Yeniyetmə qız iki balaca bacısını öldürərək gəzintiyə çıxıb


Rusiyanın Tolyatti şəhərində 13 yaşlı qız iki və beş yaşlı iki balaca bacısını öldürüb. O, cəsədləri eyvana qoyub, gəzintiyə çıxıb. Ölənləri dördüncü bacı, 10 yaşlı qız tapıb.
Oktyabrın 8-də Komsomolski rayonundakı mənzildə boynundan və gövdəsindən çoxsaylı bıçaq xəsarətləri olan azyaşlı qız uşaqları tapılıb. Faktla bağlı “İki nəfərin öldürülməsi” maddəsi ilə cinayət işi açılıb. Faciə Liza Çaykina küçəsindəki evdə baş verib və ölənlərin beş və iki yaşı var idi. Onların 13 yaşlı ögey bacısı uşaqları öldürməkdə şübhəli bilinir.
Rayon prokurorluğundan bildirilib ki, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edilib. Onun nəticələrinə əsasən profilaktika orqanları qiymətləndiriləcək və prokurorluq cavab tədbirləri ilə bağlı məsələ həll olunacaq.
Cinayət baş verən zaman Samara vilayətinin Tolyatti şəhərindəki mənzildə öldürülən iki qızın valideynləri hüquq-mühafizə orqanlarında dindirilərkən, qadının özü də əvvəllər partnyoruna qarşı şikayət etmişdi , “RİA Novosti”-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Bir yerdə yaşadığı sevgilisi qadını döyüb və aldadıb. O, mənzilə qanunsuz daxil olması ilə bağlı onun əleyhinə ərizə yazıb, lakin sonra onlar barışaraq yenidən birlikdə yaşamağa başlayıblar. Barışığa baxmayaraq onları dindirməyə çağırıblar. 13 yaşlı böyük qızı isə uşaqlarla qalıb”, - mənbə bildirib.
Ümumilikdə ailə beş uşaq böyüdürmüş: birinci sevgilisindən 18, 13 və 10 yaşlı qızlar, qadının yaşadığı ikincidən iki və beş yaşında.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az