Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az