Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.
Son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib. Məlumatı mia.gov.az yayıb.
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərlə əlbir olan digər narkokuryerlərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































