Tbilisidə məşhur transgender -model Kesariya Abramidze öldürülüb. Faktı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyir.
“Novosti-Georgia” agentliyi xəbər verir ki, 37 yaşlı qadın Didi Diqomidəki mənzilində bıçaq xəsarətləri ilə ölü tapılıb. Hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir.
“Pirveli” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən yaşı 30-dan az olan şəxs axtarışa verilib. Buna səbəb kimi sosial şəbəkələrdə yayılan foto olduğu iddia edilir.
Qadının dostları Kesariyanın uzun müddət abyusiv (ing.- “abusive relationships”-alçaldıcı münasibətlər) münasibətdə olduğunu göstərir. Aprel ayında model özü dəfələrlə keçmiş partnyorunun zorakılığına məruz qaldığını etiraf edib. Onun sözlərinə görə, belə bir hal olub ki, növbəti döyülmədən sonra o, yalnız qonşuların köməyi sayəsində sağ qala bilib.
Kesaria Abramidzenin 37 yaşı var idi. 2014-cü ildə model transseksual keçidini elan etdi və 2018-ci ildə Barselonada keçirilən “Miss Trans Star İnternational” müsabiqəsində Gürcüstanı təmsil etdi.
Qeyd edək ki, Abramidzenin qətlindən iki gün əvvəl Gürcüstan parlamenti “LGBT təbliğatını” və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul edib. Sənədin lehinə 84 deputat səs verib, heç kim onun əleyhinə çıxış etməyib.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə


.jpg)
















.jpg)



















.jpg)













